Azərbaycanın 30 ildə ən çox məhsul idxal və ixrac etdiyi 10 ölkə hansı olub? –SİYAHI

Bakı Araşdırmalar İnstitutu 1992-2022-ci illərin idxal və ixrac göstəricilərini araşdırıb.

Statistika Komitəsinin rəsmi məlumatlarının əks olunduğu bu araşdırmaya görə, 1992-1993-cü illərdə Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib.

1994-cü ildə idxalda ən böyük tərəfdaş Türkmənistan, 1995-1998-ci illərdə Türkiyə, 1999-2000-ci illərdə Rusiya olub.

2001-ci ildə ABŞ, 2002-2011-ci illərdə Rusiya, 2012-ci ildə Türkiyə, 2013-2022-ci illərdə Rusiya öndə dayanıb.

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Rusiyadan 796,2 milyon dollarlıq mal alıb. Qalan yaxın 4 tərəfdaş idxal dəyərinə görə belə sıralanıb: Çin – 589,1 milyon dollar, Türkiyə – 563,8 milyon dollar, Fransa – 221,9 milyon dollar, Almaniya – 201,6 milyon dollar.

 

Statistikaya əsasən, 1992-ci ildə Azərbaycan ən çox Rusiyaya məhsul ixrac edib.

1993-1997-ci illərdə əsas ixrac ünvanı İran olub. 1998 və 2007-ci illərdə Türkiyə, 1999-2006-cı illərdə və 2008-2022-ci illərdə İtaliya öndə göstərilib. İtaliya 17 milyard 782 milyon dollarla liderlik edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.