Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyət göstərmir

Azərbaycanın hazırda fəaliyyət göstərməyən diplomatik nümayəndəlikləri açıqlanıb.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Səməd Seyidov məlumat verib.

“Bu gün 88 diplomatik nümayəndəliyimiz var. Hazırda Azərbaycanın Liviya və Suriyadakı səfirlikləri, həmçinin Odessadakı baş konsulluğu fəaliyyət göstərmir”, – deyə Səməd Seyidov bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.