Azərbaycanın internet şəbəkəsinə qarşı geniş kiberhücumlar hazırlanıb –Dövlət Xidmətindən XƏBƏRDARLIQ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumlarla bağlı xəbərdarlıq edib.

Qurumun bununla bağlı açıqlamasında deyilir:

“Əldə edilən məlumatlara əsasən ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.

XRİTDX dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşlarımızı diqqətli və ayıq olmağa çağırır”, – deyə qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.