“Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarlarımız müəyyənləşib

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan Bayrağını daşıyacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.