“Azərbaycanın təklif etdiyi 5 maddə Ermənistan üçün məqbuldur” –Erməni parlamentinin sədri açıqlama verdi

“Mən rəsmən bəyan edirəm ki, Azərbaycanın təklif etdiyi 5 maddə Ermənistan üçün məqbuldur”.

Azpost.info RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında bildirib.

““Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, – Simonyan toplantıda iştirak edən Milli Məclisinin sədri Sahibə Qafarovaya bildirib.

İclasda Ermənistan parlamentinin spikeri Qarabağda son hadisələrlə bağlı Bakını günahlandırmağa cəhd edib. Milli Məclisin sədri buna etiraz edib və Simonyana cavab olaraq Qarabağda qeyri-qanuni erməni silahlılarının çıxarılması üçün Rusiya və Ermənistanın öhdəlik götürdüyünü bildirib.

Spiker bildirib ki, Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təkliflər paketi təqdim edib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.