“Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunması zəruridir”- Cənubi Qafqaz üzrə xüsusi nümayəndə

Atəşkəsə əməl edərək, normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunması zəruridir.

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.