Azərbaycanlı tələbə Mitxun Çakroborti və Amriş Puri ilə bir yerdə- 35 il əvvəl /FOTOXRONİKA

Azərbaycanlı Xuday İbrahimov 35 il əvvəl SSRİ və Hindistanın birgə çəkdiyi “Ovçu” filminin çəkilişlərində iştirak edib.

AzPost bildirir ki, X.İbrahimov çəkiliş prosesində məşhur hind kino aktyorları Mitxun Çakraborti və Amriş Puri ilə olan fotolarını paylaşıb.

“1990-cı ildə Daşkənddə “Özbəkfilm”lə Hindistan birgə “Ovçu ” filmini çəkirdilər. Mən də tələbə idim. Gedib canlı cəkilislərə baxırdım. Baş rolda Mitxun Çakraborti çəkilirdi. Mən də kiçik bir epizodik rolda çəkilmisəm. Mitxun o vaxt hind kinosunun ən parlaq ulduzu idi. Ona görə də çox ədabaz idi. Amriş Puri isə çox sadə, ünsiyətcil idi və mehriban idi”-deyə X.İbrahimov qeyd edib.

 

 Xuday İbrahimov AzPost-a açıqlamasında bildirib ki, rəssamdır. İki ali təhsili var. Azərbaycan Dovlət Pedaqoji institutunu ( 1981- 1986) fərqlənmə diplomu ilə bitirib. 3 il təyinatla müəllim isləyib. Sonra Daşkənd Rəssamlıq Akademiyasını da fərqlənmə diplomu ilə (1989 – 1994 ) bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 63 yaşlı X. İbrahimov ölkəmizi beynəlxalq sərgilərdə təmsil edir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.