Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Azərbaycan ziyalılarının 2007-ci ildə Şuşaya səfəri –

User 03 Sentyabr 2025 - 20:08 (Last updated: 03 Sentyabr 2025 - 20:13)
susa07 esas

Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun buraxılması barədə qərar elan olundu.

Bununla da son 30 ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı yaradılmış Minsk Qrupu tarixə qovuşdu. Bu qərarla bərabər Qarabağ məsələsi beynəlxalq gündəlikdən də çıxdı.

Minsk Qrupu sülh danışıqları prosesində bir neçə dəfə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağla bağlı “ictimai diplomatiya” təklifini irəli sürmüşdü. Burada hədəf hiptetik olaraq sülh sazişinin imzalanması prosesinə yardım kimi Qarabağ erməniləri ilə azərbaycanlılar arasında təmasların yaradılması götürülürdü.

Bunun üçün Azərbaycanın və Ermənistanın ictimai-mədəniyyət xadimlərinin keçmiş Dağlıq Qarabağa səfərləri təşkil edilmişdi.

Belə səfərlərdən biri 2007-ci ildə baş tutub.

“Xalq diplomatiyası” çərçivəsində o zaman Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüoğlu, bəstəkar Fərhad Bədəlbəyli, yazıçı Kamal Abdulla,  Şuşada tarixi memarlıq abidələrinin bərpası ilə məşğul olan idarənın sabiq direktoru İlhami Fətəliyev və digər ziyalılar Şuşanı ziyarət ediblər.

AzPost bildirir ki, araşdırmaçı telejurnalist Füzuli Sabiroğlu şəxsi arxivindən həmin səfərin video görüntülərini paylaşıb.

Kadrlarda işğal altında olan Şuşanın təsvirləri var. Orada dağıdlmış binaları, bərbad vəziyyətdə olan Şuşa məscidini və digər binaları görmək olur. Polad Bübüloğlunun ata evinə daxil olması görüntüləri maraqlıdır. Yarıdağılmış vəziyyətdə olan həyət və ev, dahi müğənni Bülbülün mərmi ilə dağıdılmış büstü –Bütün bunların fonunda Polad Bülbüloğlunun əsəbi və narahat gəzişməsi diqqəti çəkir.

Onun erməni nümayəndəsinə “eybi yox, Allah qoysa, vaxtı gələr burada hər şeyi qaydasına qoyarıq” sözləri yaddaqalandır.

Həmin səfərdə olmuş xalq yazıçısı Kamal Abdulla sonralar mediaya verdiyi müsahibədə deyib ki, O zaman Azərbaycandan və Ermənistandan olan ziyalıların görüşü baş tutub. Hər iki tərəfdən görüşə 5 ziyalı qatılmışdı. Bərdədən quru yolla Şuşaya, ordan Xankəndiyə, daha sonra helikopterlə İrəvana yollanıblar İrəvanda prezident Robert Köçəryanla görüşüblər.

Bundan sonra Ermənistandan eyni qrup Bakıya gəlib. Burada isə Prezident İlham Əliyev onları qəbul edib.

“İrəvanda bizə deyirdilər ki, reallıqla barışın, gəlin birgə yaşayaq. Amma bizim Prezidentimiz erməniləri qəbul edəndə onların bu istəyinə kəskin şəkildə cavab verdi, azərbaycanlıların heç vaxt bu mövqe ilə barışmayacağını dedi. Həmin an elə bil ermənilərin başına soyuq su tökdülər. Bunlar gözləyirdilər ki, biz də onlara hər şeyin yaxşı olacağını, qardaş kimi yaşayacağımızı deyəcəyik. Prezident açıq şəkildə dedi ki, biz torpaqlarımızı geri qaytaracağıq. Dediyini də həyata keçirdi”-deyə Kamal Abdulla vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük savaşla işğal olunmuş ərazilərini geri qaytardı. Bu gün Azərbaycan bayrağı Xankəndidə, Şuşada, Qarabağın hər yerində dalğalanır.

Geridə qalanlar isə bu münaqişənin kədərli tarixidir.

AzPost

 

https://www.youtube.com/watch?v=w3d-881k9O0

AzPost.az

Post navigation

Previous: TikTok” və “Instagram”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanılıb
Next: İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.