“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

Şəhriyar Həsənov
Şəhriyar Həsənov

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətində təyinat olub. Valyuta.az-ın əldə etdiyi məlumata görə, Şəhriyar Həsənov “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”ndə Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühit Departamentinin direktoru təyin edilib.

O, buna qədər “PAŞA Management Company”də  Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit üzrə Koordinator, “AzerGold” QSC-də Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühit üzrə Menecer kimi vəzifələrdə çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.