Azərsun Holdinq 6 ayda 41 min manatdan çox cərimələnib- CƏDVƏL

Azərsun
Azərsun

2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanda dövlət qurumları tərəfindən iri sənaye və ticarət qurumlarına qarşı inzibati nəzarət tədbirləri gücləndirilib.

AzPost ölkənin iri vergi ödəyiciləri olan şirkətlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu dövrdə xüsusilə ölkənin qida və qeyri qida sektorunun aparıcı şirkəti heb olunan Azərsun Holdinq və ona bağlı olan müəssisələr mütəmadi olaraq cərimə və inzibati məsuliyyət tədbirlərinə məruz qalıb. Aparılan araşdırmalara əsasən, 2025-ci ilin əvvəlindən indiyədək Azərsun strukturlarına daxil olan 10-dan çox müəssisəyə ümumilikdə 41.500 manat məbləğində cərimə tətbiq olunub.

Tarix Şirkət Adı Cərimə (AZN) Səbəb Cəriməni Tətbiq edən Qurum Baxılan Məhkəmə
15.01.2025 Sun Tea Çay Fabriki 3.000 Etiketləmə qaydalarının pozulması Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı İnzibati Məhkəməsi
03.02.2025 Bakı Qida və Yağ Fabriki 4.500 Sanitar normalara əməl edilməməsi AQTA Nərimanov Rayon Məhkəməsi
25.02.2025 Təmizlik Kağızları İstehsalı Fabriki 2.500 Əmək müqaviləsinin bağlanmaması Əmək Müfəttişliyi (ƏƏSMN) Xətai Rayon Məhkəməsi
12.03.2025 Azər Kağız və Karton İstehsal Kombinatı 4.000 İşçi təhlükəsizliyi qaydalarının pozulması FHN Dövlət Əmək Müfəttişliyi Sumqayıt İnzibati Məhkəməsi
30.03.2025 Bazarstore 7.000 Keyfiyyətsiz məhsul satışı AQTA Yasamal Rayon Məhkəməsi
10.04.2025 Qafqaz Konserv Zavodu 3.500 Vergi sənədlərində pozuntu Dövlət Vergi Xidməti Gəncə İnzibati Məhkəməsi
18.04.2025 İmişli Şəkər Yem Fabriki 2.800 Sənaye tullantılarının çirklənməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi İmişli Rayon Məhkəməsi
02.05.2025 Azərsun Sənaye Parkı 5.000 Sənaye tullantılarının normativdən çox olması Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron Rayon Məhkəməsi
20.05.2025 Al Market 6.000 İstehlakçı hüquqlarının pozulması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti Səbail Rayon Məhkəməsi
01.06.2025 Dreamland Golf Villas & Residences 3.200 Tikinti icazələrinin olmaması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı İnzibati Məhkəməsi

Qeyd: Bu cədvəl müvafiq qurumların açıq mənbələrindən (e-mehkeme.gov.az, aqta.gov.az, vergiler.az, eco.gov.az və digər rəsmi portallar) toplanmış məlumatlar əsasında hazırlanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.