“Bəhram Bağırzadə hələ danışa bilmir” –

Həyat yoldaşı
09 İyul 2020 - 11:32

Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur”. 

Bunu APA-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Ş. Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub: “Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir”.