QHT-lər və Ombudsman arasında onlayn görüş keçiriləcək

İyulun 15-də vətəndaş cəmiyyəti təşkilatları və Azərbaycanda Ombudsman Aparatı üçün ayrı-seçkiliklə mübarizədə QHT platformalarının roluna həsr olunmuş onlayn görüş keçiriləcək.

“Report” Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu iclas həm vətəndaş cəmiyyəti təşkilatları, həm də Ombudsman Aparatının ayrı-seçkilik işləri üzrə bürosunun əməkdaşları üçün əməkdaşlıq potensialının artırılması məqsədilə keçirilən onlayn seminarların üçüncüsü olacaq.

Tədbiri Avropa Şurasının Bakıdakı nümayəndəliyinin rəhbəri Zoltan Hernyes və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açacaqları gözlənilir.

Vətəndaş cəmiyyəti təşkilatları ayrı-seçkiliyə qarşı mübarizədə mühüm rol oynayır. Buraya profilaktika, maarifləndirmə, həmçinin icma qurma və səfərbərlik, mədəniyyətlərarası dialoqun inkişafına dəstək, ayrı-seçkilik qurbanlarına dəstək və s. daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəhram Bağırzadə hələ danışa bilmir” –

Sonrakı məqalə

DTX-nın həbs etdiyi XİN-in vəzifəli şəxslərinin şikayəti təmin edilməyib