Bəhram Bağırzadənin əzələ zəifliyi olsa da, huşu özündədir –

HƏKİM
08 İyul 2020 - 11:05

Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Həkimin sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır, əzələ zəifliyi qeyd edilsə də, artıq aktiv hərəkətlərə cəhd edir: “İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.