Kənd Təsərrüfatı Nazirliyi üçün 13 mərtəbəli bina tikilir –FOTO

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün yeni bina tikilir.

Azpost.info-nun məlumatına görə, Ağ Şəhərdə tikilən bina yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq 28 ha kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.

Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəhram Bağırzadənin əzələ zəifliyi olsa da, huşu özündədir –

Sonrakı məqalə

İyulun 10-da 41 şəhər və rayonda qəbul imtahanları keçiriləcək