Bələdiyyə seçkiləri: Namizədlər üçün təşviqat yerləri ayrıldı

Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

AzPost xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.

Siyahıda bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3 min 730-u açıq, 2 min 182-si qapalı olmaqla, ümumilikdə 5 min 912 yerin ayrıldığı göstərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.