“Bəlkə o cavab versin: “İsgəndər” niyə partlamadı?!”-

Paşinyandan Serj Sarkisyana ironik cavab
24 Fevral 2021 - 14:56

“Buraxılan “İsgəndər” raketi partlamayıb və ya 10% partlayıb”.

Bu qeyri-adi bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am-a müsahibəsində səsləndirib.

O bu barədə ölkənin eks-prezidenti Serj Sarkisyanın “müharibənin 3-4-cü günündə Ermənistan tərəfi “İsgəndər” raketindən istifadə etməliydi” ittihamına cavab verərkən deyib.

“Bəlkə o cavab verə bilər: niyə buraxılmış “İsgəndər” (raket) partlamayıb və ya məsələn, 10% partlayıb?”. “Bəlkə 80-ci illərin silahı idi?”,- Nikol Paşinyan deyib.

Xatırladaq ki, bir müddət öncə Ermənistan SQ Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da böyük dağıdıcı qüvvəyə malik “İsgəndər”in tətbiqindən danışıb. Onun sözlərinə görə, raketlər tətbiq edilib, amma heç bir nəticə olmayıb.

Paşinyanın bu sözləri Rusiya rəsmiləri tərəfindən narazılıqla qarşılanıb.