Bərdədə kütləvi dava olub-

Ölən və yaralananlar var
12 Avqust 2020 - 11:16

Bərdədə qətl törədilib.

Hadisə rayonun Şorəlli kəndində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Həsənli ölüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirililər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.