Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib. Müxalifət və islamçıların vahid komandanlığının “Əl-Fəth əl-Mubin” teleqram kanalında deyilir ki, “Əsəd qaçıb”.
Azpost.info-nun məlumatna görə, Reuters Suriya hərbi dairələrindəki mənbəyə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsəd rejiminin süqutu barədə məlumatlandırıb.
İki yüksək rütbəli zabit Əsədin Dəməşqi tərk edərək naməlum bir yerə getdiyini deyir. Eyni zamanda silahlı müxalifət ordunun müqaviməti ilə qarşılaşmadan paytaxta maneəsiz daxil olduğunu bəyan edib.
Reuters-in məlumatına görə, Flightradar internet saytının məlumatına görə, Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə paytaxtın müxaliflər tərəfindən ələ keçirildiyi məlum olduğu bir vaxtda Dəməşq hava limanından havaya qalxıb. Təyyarə əvvəlcə Suriyanın sahil bölgəsinə doğru gedib, lakin sonra qəfil kursunu dəyişərək bir müddət əks istiqamətdə hərəkət edib, sonra radarlardan itib. Təyyarədə olan sərnişinlərin kimliyi hələlik məlum deyil.
Bu arada Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyətin davamlılığını təmin etməyə və Suriya xalqının seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.