İctimai fəal Bəxtiyar Hacıyev Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
Vəkilin sözlərinə görə, B.Hacıyev hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır.
Vəkil deyib ki, B.Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə saxlanılıb.