Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bəzi ərazilərdə sürüşmələr aktivləşib

User 17 Noyabr 2023 - 17:02 (Last updated: 21 May 2025 - 20:15)
surusme 01

Son zamanlar bir sıra çayların dərəsində, dağ yamaclarında, sürüşməyə meyilli ərazilərdə sürüşmələrin aktivləşməsi müşahidə edilir.

Bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Landşaft Planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

O bildirib ki, bu yalnız Lənkəran-Astara zonasında yox, Böyük Qafqazın cənub, şimal-şərq yamacında, eyni zamanda, Abşeron yarımadasında müşahidə edilir: “Son zamanlar çay dərələrində gedən proseslər bizi daha çox narahat edir. Çünki çay dərələrində gedən təbii geomorfoloji proseslərə insanın müdaxiləsi nəticəsində bu hadisələri müşahidə edirik”.

Mirnuh İsmayılov, buna iqlim dəyişmələri ilə əlaqədar çaylarda suyun azalmasının səbəb olduğunu bildirib: “Bu hal insanları çay yatağına doğru hərəkət etməyə vadar edir. Müşahidələrimiz göstərir ki, insanlar düşünmədən, müəyyən planlaşdırma aparmadan çay yataqlarına yaxın yerlərdə, hətta bəzi hallarda çay yataqlarında ev tikir, bağ sahələri salırlar. Çünki suyun olmaması və çay yataqlarında da suyun quruması onları bu addımı atmağa təhrik edir və onlar düşünürlər ki, daha buraya su gəlməyəcək”.

Alim, bu yaxınlarda Astaranın Şiyəkəran kəndində olduqlarını xatırladıb: “Orada da çay yatağında sürüşmə, uçqun olmuşdu. Evlər, bağ sahələri, təhlükəli vəziyyətə düşmüşdü, yollar dağılmışdı”.

Mirnuh İsmayılov vurğulayıb ki, bu cür hadisələrdən sonra bərpa işləri üçün xeyli vəsait tələb olunur. Alim əhalinin bu mövzuda məlumatlandırılmasının vacibliyinə toxunub.

O qeyd edib ki, proqnozlara görə, iqlim dəyişmələri ilə bağlı olaraq birdən-birə güclü leysan yağışlarının yağması müşahidə olunacaq:

“5-10 il sonra gözlənilmədən yağan leysan yağışlar çoxalacaq. Bu da torpaq erroziyasına, sürüşmələrə səbəb olacaq. Qəfil daşqınlar baş verəcək”.

Alim, bir müddət əvvəl Lənkəran zonasında az miqdarda düşən yağıntıdan sonra böyük bir sahə su altında qalıb: “Orada da olmuşuq, qeydlərimizi götürmüşük. Yenə deyirəm, ərazidə planlaşdırma apardıqdan sonra məskunlaşmanı salmaq lazımdır”(apa).

Post navigation

Previous: Zaqatalada qızılca xəstəliyi yayılıb
Next: “Nar” yerli telekom peşəkarlarını yetişdirir –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Xroniki yüksək arterial təzyiq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu vəziyyət insult və ağır ürək-damar xəstəliklərinin inkişaf...
Read more about Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.