Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bəzi təzyiq dərmanları gözə zərər vura bilər

User 25 Aprel 2024 - 17:46 (Last updated: 21 May 2025 - 20:15)
goz xes

“Moorfields” Göz Xəstəxanasının və London Universitet Kollecinin doktoru Alan Kastnerin rəhbərlik etdiyi araşdırmada kalsium kanal blokerləri (KKB) kimi tanınan ümumi qan təzyiqi dərmanını qəbul edən şəxslər üçün potensial risk müəyyən edilib. Böyük Britaniyada 427 mindən çox insanın sağlamlıq qeydlərinin təhlili göstərib ki, KKB istifadəçiləri müalicə edilmədikdə onlarda korluğa səbəb ola biləcək qlaukomanın inkişaf ehtimalı artır.

AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, tədqiqata cəlb olunan qrupda 33175 nəfər KKB-dən istifadə edib. Araşdırma həmin şəxslər arasında bu dərmanları qəbul etməyənlərlə müqayisədə qlaukoma riskinin daha yüksək olduğunu üzə çıxarıb.

Qeyd edək ki, tədqiqat müəllifləri bu nəticənin digər qan təzyiqi dərmanlarına aid olmadığını bildiriblər.

Doktor Kastnerin komandası KKB və qlaukoma arasında əlaqəni daha dərindən araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb. Bildirilir ki, tibb ictimaiyyəti araşdırmaları davam etdirdiyi üçün hazırda KKB-lərdən istifadə edən xəstələrin öz həkimləri ilə məsləhətləşməsi çox vacibdir.

Eyni zamanda, tədqiqat qan təzyiqi dərmanlarının potensial yan təsirləri haqqında xəstələri və tibb mütəxəssislərini məlumatlandırmaq baxımından mühüm xatırlatma rolunu oynayır.

Post navigation

Previous: Azad olunmuş ərazilərə may ayı üçün avtobus biletləri satışa çıxarılacaq
Next: ABŞ və daha 17 dövlət HƏMAS-dan girovları azad etməyi tələb edir

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.