BƏƏ rusların hesablarını bloklamağa başlayıb- "Forbes"

Birləşmiş Ərəb Əmirliklərinin ikinci ən böyük bankı olan ENBD Rusiya vətəndaşlarının investisiya hesablarını bloklamağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Forbes” yazır.

Bank nümayəndəsinin dediyinə görə, məhdudiyyətlər Aİ direktivi ilə əlaqədar tətbiq edilib. Eyni zamanda, BƏƏ-də yaşamaq hüququ olan ruslar üçün də heç bir istisna yoxdur.

“Forbes” qeyd edir ki, rusların ENBD-də saxlanılan bütün investisiya aktivləri ayrı-ayrı hesablara yönləndiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Prezident Azərbaycan pravoslavlarının Pasxa bayramını təbrik edib

Sonrakı məqalə

Medvedev qalmaqallı postunu bir daha paylaşdı