Medvedev qalmaqallı postunu bir daha paylaşdı- Bu dəfə alman dilində

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın heç kimə lazım olmadığı və tezliklə yer üzündən silinəcəyinə dair postunu “Tviter”də növbəti paylaşıb.

Azpost.info xəbər verir ki, amma paylaşım bu dəfə alman dilində olub.

Medvedev yazıb ki, bu yolla paylaşımı orijinal mətnin bloklandığı Almaniya və Polşada oxuya bilərlər.

“Alman dilində oxuyan və ingiliscə oxumaq imkanından məhrum edilən hər kəs üçün”, – Medvedev yazıb.

Qeyd edək ki, Medvedevin “Tviter”dəki “Ukrayna heç kimə lazım deyil” paylaşımının nümayişi Almaniya və Polşada məhdudlaşdırılıb. Bu iki ölkədən tviti açmaq istəyəndə sosial şəbəkə xəta verir. Səbəb kimi “yerli qanunvericiliyin xüsusiyyətləri” göstərilir.

Medvedevin köməkçisi Oleq Osipov bildirib ki, Rusiya qoyulan məhdudiyyətlərlə bağlı mütləq şəkildə cavab tədbirləri görəcək.

Azpost.info

 

Əvvəlki məqalə

BƏƏ rusların hesablarını bloklamağa başlayıb

Sonrakı məqalə

İrandan məxfi əməkdaşlığa cəlb olunan şəxs tutulub