“Bəhram Bağırzadənin vəziyyəti kritik ağır olaraq qalır” –Hospitalın rəis müavini

“Ötən gün ərzində və gecə boyu Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib. Vəziyyəti stabil, yalnız kritik ağır olaraq qalır”.

Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B. Bağırzadənin analizlərində, qan qazlarının göstəricilərində və başqa həyati mühüm göstəricilərdə ötən gün ərzində ciddi dəyişiklik baş verməyib: “Təyinatlar yerinə yetirilir. Bütün lazım olan müalicə davam etdirilir”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hamlet Xanızadənin həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

Putinin iqamətgahında dezinfeksiya tuneli quraşdırılıb