Putinin iqamətgahında dezinfeksiya tuneli quraşdırılıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

APA-nın rbc.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.

Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.

Şirkətdən bildirilib ki, dezinfeksiya tuneli ölkənin birinci şəxsinin və onu ziyarət edəcək qonaqların koronavirusdan qorunmasını təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəhram Bağırzadənin vəziyyəti kritik ağır olaraq qalır” –

Sonrakı məqalə

Bakı metrosunun xidmət rəisi qəflətən vəfat edib