Bərdədə cinsi zorakılığa məruz qalan azyaşlı psixo-sosial dəstək işinə cəlb olunub

Bərdə rayonunda yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi zorakılıq faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirməkdədir.

Komitədən verilən xəbərə görə, bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. 30 avqust tarixində isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.