Bərdəyə yenidən raket atılması nəticəsində ölənlərin sayı 21-ə çatdı –70-dən çox şəxs yaralanıb (RƏSMİ) YENİLƏNİB

Erməni silahlı birləşmələri tərəfindən 27-28 oktyabrda Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan zərbə endirilməsi nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.


Baş Prokurorluq xəbər verir ki, oktyabrın 27-də 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Bu gün isə həmin yaralılardan daha 1 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Oktyabrın 28-də günorta saatlarında Bərdənin yenidən vurulması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

**

“Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralıların sayı 40-dan çoxdur”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Onlar hamısı günahsız mülki şəxslərdir. Mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarını ölkəmizə dəvət edirik”, – deyə H. Hacıyev vurğulayıb.

**

Ermənilərin raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 19-a çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

**

Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Daha 13 kənd işğaldan azad edildi –