Bəşər Əsəd Hələbdə qələbə çaldıqlarını elan edib

Suriya prezidenti Bəşar Əl-Əsəd üsyançıları məğlub edəcəyinə və onların nəzarətinə olan bütün bölgələri geri alacağına söz verib.

Azpost.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, bazar ertəsi xalqa müraciətində Əsəd ölkənin şimal-qərbdəki Hələb və İdlib vilayətlərində üsyançı qüvvələrə və cihadçılara qarşı mübarizədə ordusunun nailiyyət əldə etdiyini deyib.

Bazar günü Suriya hökumət qüvvələrinin cənubda paytaxt Dəməşqlə şimaldakı Hələbi birləşdirən M5 magistral yolun nəzarətini ələ aldıqdan sonra İdlibdə şiddətli döyüşlərin baş verdiyi bildirilib.

Suriya prezidenti Bəşər Əl-Əsəd bazar ertəsi Hələbdə qələbə qazandığını elan edib. “Hələbdə qələbə Suriyada qələbədir. Biz onların üəyimizə salmaq istədiyi qorxuya qalib gəldik. Ağlımıza yeritmək istədikləri xəyallara qalib gəldik. Biz ayrılığa, nifrətə, xəyanətə qalib gəldik. Bu keyfiyyətləri təmsil edən, onları daşıyan və tətbiq edənlərin hamısına qalib gəldik.”

Əsəd İdlibdə hökumət əleyhdarı üsyançılara dəstək verən Türkiyə qüvvələri ilə döyüşlərin bitmədiyini etiraf edib. Onun ordusu bölgədəki mülki vətəndaşlar və qaçqınlarla da amansız davranıb.

Türkiyə 3 milyondan çox suriyalı qaçqını qəbul edib və bundan artıq qəbul edə bilməyəcəyini deyib. Türkiyənin diplomatları Rusiya tərəfindən dəstəklənən Suriya hökumətinin hücumunu dayandırmaq ümidi ilə bazar ertəsi Moskvada rusiyalı həmkarları ilə danışıqlara başlayıb.

Rusiyanın hərbi hava və İranın yarı-hərbi qüvvələrinin dəstəyi olduğu müddətdə Əsədin hücumları dayandıracağına ümid azdır. “Şimaldan gələn bəzi mənasız məlumatlara baxmayaraq, İdlib və Hələbin kənd ərazilərinin azad edilməsi uğrunda döyüşlər davam edir. Bu eləcə də bütün Suriya torpaqlarını azad etmək, terrorizmi əzmək və sabitliyə nail olmaq uğrunda mübarizədir” deyə, Bəşər Əl-Əsəd bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qüvvələri Suriya ilə sərhəddə cəmləşdirərək, Suriya ordusu geri çəkilməsə hərbi əməliyyata başlayacağı ilə hədələyir.

Rusiya döyüşlərdə Türkiyəni günahlandıraraq, Ankaranın Suriya hökumətinin hücumları dayandırması müqabilində Suriyanın şimalından kürd militantlarının çıxarılmasına imkan verən 2019 Soçi razılaşmasını pozduğunu bildirir. Türkiyə isə Suriyanı döyüşlərə yenidən başlamaqda günahlandırır

İdlib üsyançıların Suriyadakı ən böyük son istehkamıdır və Əsəd həmin bölgəni hökumətin nəzarəti altına qaytarmaq əzmindədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusa yoluxan iki xəstə öldü

Sonrakı məqalə

“PASHA Holding”in bankı satılıb –