Azərbaycanın ən byöük biznes qruplarından olan «PASHA Holding»in bankı satılıb.
Azpost.info Turan-a istinadən xəbər verir ki, söhbət Holdinqin Monteneqroda aldığı bankdan – «Nova Banka» AD Podgorica-dan gedir.
Monteneqronun kommersiya sebyektlərinin mərkəzi reyetsrində «Nova Banka» AD Podgorica ilə bağlı məlumatlara dəyişiklik edilib. Dəyişikliyə əsasən, bankıçn səhmlərinin 100%-ni mülkiyyət hüququ «Azmont Investments» şirkətindən «Adriatic Capital LLC» şirkətinə keçib.
Qeyd edək ki, tərəflər bankın alqı-satqısı barədə hələ 2019-cu ildə elan etmişdilər. Bu ilin 15 yanvarında isə bank öz müştərilərinə xəbər verib ki, ümumi məbləği 7,1 milyon dollar olan əqd bağlanıb və bank yeni mülkiyyətçinin sərəncamına keçib.