Bəşər Əsədin əmisi 4 il müddətinə azadlıqdan məhrum edilib

Fransa məhkəməsi Suriya Prezidenti Bəşər Əsədin əmisi Rifat Əsədi 4 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, R. Əsəd Suriyanın dövlət vəsaitindən istifadə etməklə 90 milyon avro dəyərində ev və ofislər almaqda ittiham olunub.

Fransa məhkəməsi R. Əsədin Fransada bütün əmlakının və Londonda 29 milyon avro dəyərində əmlakının da əlindən alınması barədə qərar verib.

82 yaşlı R. Əsəd Fransada olsa da, səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməyib.

Onun vəkilləri qərardan şikayət verəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Bəşər Əsəd və suriyalı rəsmilərə sərt sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

Nərgiz Rəfiyeva AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub –