“Bəs, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması necə olsun?- Zaxarova Ermənistana cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın BMT Təhlükəsizlik Şurasına və Rusiya sülhməramlılarına Qarabağda döyüşləri dayandırmağı tələb edən çağırışına ritorik sualla cavab verib.

Azpost.info xəbər verir ki, Zaxarova qeyd edib ki, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırıb. Bəs, rəsmi İrəvanın Qarabağı Azərbaycan ərazisi  kimi tanıması necə olsun? – Zaxarova deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.