“Bəsdirin, əl çəkin məndən! Məni əsəbləşdirməyin” –Nəcməddin Sadıqovdan qəzəbli AÇIQLAMA

Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov jurnalist Eynulla Fətullayevə müsahibə verərək müdafiə nazirinin sabiq birinci müavini, Baş Qərargah rəisi Nəcməddin Sadıkov haqda ittihamlar səsləndirərək onu satqın adlandırmışdı.

Azpost.info bildirir ki, Manset.az Elbrus Orucovun ittihamları ilə bağlı Nəcməddin Sadıkovdan açıqlama alıb. Onun məsələyə reaksiyası qısa və sərt olub.

“Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.