Bəxtiyar Hacıyevə hökm oxundu

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azpost  APA -ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.