Bəzi Alyans ölkələri Ukraynanın NATO-ya qoşulmasını istəmir-Volodimir Zelenski

“NATO-ya üzv olan bəzi ölkələr Ukraynanın Alyansa qoşulmasını istəmir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu, həmin ölkələrin Rusiyadan qorxmaları ilə bağlıdır: “Lakin Ukrayna Alyansa qoşulmaq üçün razılıq gözləyir”.

V. Zelenskinin sözlərinə görə, Ukrayna indi yox, müharibədən sonra Alyansa üzv olmağa çalışır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.