Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur

Orkhan Ali 16 İyun 2025 - 11:00 (Last updated: 16 İyun 2025 - 10:49)
infarkt_0812

Ürək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur.

AzPost xəbər verir ki, ürəyə zərər verən əsas qida məhsulları bunlardır:

Trans yağlar

Qarğıdalı yağı, margarinin bərk formaları, hazır bişmiş məhsullar (peçenye, kruasan, fast-food) tərkibindəki trans yağlar sayəsində xolesterini artırır, damarların tutulmasına və ürək tutmalarına səbəb olur.

Doymuş yağlarla zəngin qidalar

Yağlı ət məhsulları, kolbasa, sosiska, kərə yağı, qaymaq və bəzi pendir növləri doymuş yağlarla zəngindir. Bu da “pis xolesterin” səviyyəsini artıraraq ürək-damar sisteminə mənfi təsir göstərir.

Şəkərli içkilər və məhsullar

Qazlı içkilər, hazır meyvə şirələri, desertlər və şirniyyatlar yüksək şəkər miqdarına görə piylənmə, şəkərli diabet və nəticə etibarilə ürək xəstəlikləri riskini artırır.

Duzlu və emal olunmuş məhsullar

Turşular, çipslər, konservlər və hazır soslar tərkibindəki yüksək duz miqdarı səbəbindən təzyiqi artırır və ürəyə ciddi yük salır.

Ağ unla hazırlanan məhsullar

Ağ çörək, biskvit və makaron kimi məhsullar qan şəkərini sürətlə yüksəldir, bu da zamanla insulin müqavimətinə və ürək problemlərinə gətirib çıxara bilər.

Mütəxəssislər tövsiyə edir

Ürək sağlamlığını qorumaq üçün gündəlik qidalanmada daha çox təbii məhsullara – tərəvəz, meyvə, tam taxıllar, omeqa-3 ilə zəngin balıqlar və zeytun yağına yer verilməlidir.

Qeyd edək ki, ürək-damar sağlamlığının qorunması üçün yalnız düzgün qidalanma deyil, həm də müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və stresin idarə olunması vacib şərtlərdəndir.

AzPost.az

Post navigation

Previous: Yüksək vəzifəli şəxs vəfat etdi
Next: Qəzada həlak olan baba və nəvəsinin

Oxşar xəbərlər

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.