Türkiyədə keçirilən bir toy mərasimi gözlənilməz hadisə ilə yadda qalıb.
Azpost.info bildirir ki, mərasimdən sonra bəy çıxış zamanı yaranan qarışıqlıq səbəbindən səhvən başqa ailəyə məxsus avtomobilə minib.
Karvan hərəkətə başladıqdan bir neçə kilometr sonra səhv anlaşılaraq avtomobil dayandırılıb və vəziyyət aydınlaşıb. Hadisə iştirakçıları əvvəlcə təşvişə düşsələr də, sonradan gülüşlə qarşılayıblar.
Toy görüntüləri sosial şəbəkələrdə qısa zamanda viral olub və minlərlə şərh toplayıb.