“Badamdar Bakının ən təhlükəli sürüşmə zonalarından biridir” –Dövlət Agentliyinin rəis müavini

“Badamdar qəsəbəsi sürüşmə ərazisi Bakının ən təhlükəli sürüşmə ərazilərindən biridir”.

Bunu Səbail rayonu Badamdar şossesində baş verən sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində heç bir mühəndis hazırlıq işləri aparılmadan yaşayış evləri və iaşə obyektləri tikilib: “Həmin evlər və obyektlər 40-50 il və daha əvvəl əvvəl inşa edilib. Həmin evlərdə kanalizasiya işləri aparılmadığından kanalizasiya suları şanbo deyilən yeraltı qurğularda toplanıb. Baş verən sıxıntılar da sürüşməni sürətləndirir” deyən E. Əsədov bildirib ki, bunun nəticəsində də burada sürüşmə hadisələri artır.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya Yaponiyadan mütəxəssislər dəvət olunub və dərhal işlər başlanılıb: “Ərazidə bir çox işlər aparılıb və bir çox istinad divarları tikilib. Bunun nəticəsi olaraq da ərazidəki bir çox evlərin dağılmasının qarşısı alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı açıqlanıb

Sonrakı məqalə

“Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar” –