“Sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq” –Təhsil naziri

“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: “Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yaydı

Sonrakı məqalə

Badamdarda dağ yamacında yanğın başlanıb –