Badamdar qəsəbəsində su xətti partlayıb.
Hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: “Hazırda təmir gedir”.