Bağçada uşağı döyən müəllim işdən azad olundu. Bakının “Orbita” uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.
Araşdırma nəticəsində bağçada uşağı döyən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.
Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.
Əlavə olaraq oxu:
Psixoloqlar bildirir ki, ideal valideyn anlayışı yoxdur və olmaması daha yaxşıdır. Uşaq böyütmək prosesində etdiyimiz bəzi səhvlər, uşaq tərəfindən normal qarşılana bilər. Mükəmməl valideyn olmağa çalışmaq səhvləri azaltmır, əksinə artırar, çünki səhv etməmək qorxusu ilə yaşamaq, hər kəs üçün ağır bir yükdür.
Yaxşı valideyn olmaq üçün ilk növbədə həyata qarşı fərdi mövqeyimiz, daxili rahatlığımız, sosial münasibətlərdə ümumi incəlik önəmlidir.
Müasir və ya ənənəvi ailələrin hər biri öz qaydalarına əsaslanır. Əsas olan isə, hər ailənin uşaqları inkişaf etdirəcək dəyərlərə açıq olmaqdır. Həmişə “ən doğru” və “ən mükəmməl” bilgiləri axtarmağa çalışmaq mənasızdır, çünki uşaqlar istəsək də, istəməsək də, öz həyatlarını yaşayırlar.