Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.

Bu barədə “Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.

Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

Əvvəlki məqalə

Mixeil Saakaşvili siyasətdən gedir

Sonrakı məqalə

Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var