“Bahalaşma gündən-günə artır, bu narazılıq yaradır” –Deputat Əli Məsimlidən monopoliyaya etiraz

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bugünkü iclasında süni qiymət artımı, bahalaşma və monopoliyadan danışıb.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, Ə. Məsimli yanvar ayında benzinin qiymətinin cəmi 10 qəpik artmasından sonra bütün sahələrdə, sferalarda qiymət artımlarının, bahalaşmaların baş verdiyini bildirib.

“Benzin cəmi 10 qəpik artdı, amma qiymət artımları, bahalaşma gündən-günə artır. Bu, insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır. Qiymət artımlarında, bahalaşmada monopoliyaçılıq, inhisarçılıq da çox mühüm rol oynayır. Monopoliyanın, inhisarçılığın hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məşəd İbad hamamı” karantini pozdu, polis 23 nəfəri saxladı –

Sonrakı məqalə

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi təsdiqləndi –