Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi təsdiqləndi –Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Azpost.info-nun məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bahalaşma gündən-günə artır, bu narazılıq yaradır” –

Sonrakı məqalə

Vətən Müharibəsində yaralanmış qazi vəfat edib –