Bahar Muradova seçkilərdən yazdı:“Bu sınaqdan cıxmağı bacardıq”

“Milli Məclisə 2020 ci il fevralın 9 na təyin edilmiş seckilər uğurla başa catdı. Artıq Vl cağırış Milli Məclisin üzvləri bəllidir. Hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası parlament coxluğunu qazandı”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclis sədrinin sabiq müavini Bahar Muradova seçkilərin nəticələrini şərh edərkən yazıb.

B.Muradova qeyd edib ki, çoxpartiyalı əsasda və eləcədə müstəqil namizədlərdən ibarət yeni tərkib əsil mənada demokratik, şəffaf azad seckilərdə, vətəndaşların yüksək aktivliyi şəraitində və geniş rəqabət mühitində formalaşıb: “Kecirilən bu seckilər coxminli xarici və daxili izləyicilərin cox intensiv müşahidəsi şəraitində hamımız ücün məsuliyyətin və öz taleyinə cavabdehliyin əsil sınağı oldu. Və biz bu sınaqdan da ləyaqətlə cıxmağı bacardıq. Ölkə Prezidentinin daha yüksək zirvələr uğrunda həyata kecirdiyi islahatlar prosesinin tərkib hissəsi olmaq ücün xalqdan mandatımızı yeniləyərək yenidən formalaşdıq”.

B.Muradova ümidvardır ki, qısa müddətdən sonra öz işinə başlayacaq müstəqilliyin bərpasından sonra altıncı dəfə formalaşan Azərbaycan Parlamenti ona olan bütün ümidləri doğruldacaq.

“Bu münasibətlə xalqımızı ürəkdən təbrik edir, yeni tərkibə uğurlar arzulaylr, secicilərə isə təşəkkürümü bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropalı jurnalistlər Qafqaz Müsəlmanları İdarəsində olublar –

Sonrakı məqalə

Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib