Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb-FOTO

Son həftələrdə yeni brend kimliyini ölkənin 7 şəhərində qeyd edən Bakcell, son rebrendinq tədbirini Laçında keçirib. Bununla şirkət Azərbaycana gətirdiyi innovasiyalar və yeni məhsulları ilə, bütün ölkə əhalisinə davamlı sadiqliyini nümayiş etdirir.

Tədbir zamanı qonaqlar qabaqcıl texnoloji fəaliyyətlərdə iştirak etmək və hədiyyələr qazanmaq imkanı əldə ediblər. Tədbirin diqqət mərkəzində, Bakcell-in yeni dövrünün qəhrəmanı, humanoid robot Ardi olub. Qonaqlar yeniliklərlə dolu əyləncə proqramı, VR və sürət oyunlarında iştirak edib, Ardi ilə interaktiv ünsiyyət qurublar.

İnnovasiyaları ilə yeni dövr başladan Bakcell, bütün Azərbaycan ərazisində, xüsusilə də doğma Qarabağa sərmayələrin yatırılması, ölkənin hər bir bölgəsinə yeniliklər, sürət və qabaqcıl texnologiyaların gətirilməsini öndə tutur.

Əvvəlki məqalə

Rusiya sərhədçiləri Azərbaycanla sərhəddə Nerkin Hand kəndini tərk edib

Sonrakı məqalə

Aİİ və İran arasında azad ticarət sazişinin ratifikasiyası təsdiqləndi