Bakı bulvarında dənizdən bir nəfərin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyiti aşkarlanıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.