Bakı Dövlət Sirkinin yeni saytı istifadəyə verilib

23 İyun 2021 - 02:30

Yeni truppası və orkestri ilə bu günlərdə yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirkinin (BDS) rəsmi veb-saytı (circus.az) istifadəyə verilib.

Müasir dizaynda təqdim edilən yeni saytda altı əsas bölmə yer alır. Yeni loqo ilə təqdim edilən saytda “haqqımızda”, “afişa”, “qalereya”, “xəbərlər”, “korifeylər” və “əlaqə” bölmələrində sirkin fəaliyyəti ilə maraqlanan hər kəs özünə aid olan məlumatı əldə edə bilər.

Saytda xəbərlərlə yanaşı, reportaj, müsahibə və araşdırma məqalələri də yayımlanır.

Fərqli formatda hazırlanan sayt vasitəsilə sirkin tamaşaları üçün onlayn bilet satışı da nəzərdə tutulub.