Bakı Dövlət Universitetində də koronavirus aşkar olundu

18 Oktyabr 2021 - 17:10

Bakı Dövlət Universitetinində də tələbələr arasında koronavirus aşkarlanıb.

Bakı Dövlət Universitetinin “SABAH qrupları”nda olan 2 qrupda koronavirus aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib.

Qeyd edək ki, son günlər universitetlərdə tələbələr arasında yoluxma halları artıb.