BDU-da tələbə qəbulu üzrə plan yeri 98,29 faiz dolub

2022-2023-cü tədris ili üçün Bakı Dövlət Universitetinə (BDU) tələbə qəbulu üzrə ayrılmış 5660 plan yeri 98,29 faiz dolub.

Bu barədə BDU-dan məlumat verilib.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər sentyabrın 2-dən 12-si saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Bakalavriat səviyyəsinə qeydiyyat üzrə ən çox verilən suallar və onların cavabları BDU-nun saytında yerləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.