“Bakı ilə münasibətləri normallaşdıqdan sonra Ermənistanla sərhəd açılacaq” –Türkiyəli nazir

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Türkiyə hakimiyyəti İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır.

Bunu Türkiyənin ticarət naziri Mehmert Muş Qarsa səfər zamanı bildirib.

Nazir deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır: “Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.